Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, millət vəkili Qənirə Paşayevanın müalicəsi ilə bağlı məsələlər Fond tərəfindən nəzarətə götürülüb.
Teleqraf.com xəbər verir ki, bunu “Report”a açıqlamasında deputatın köməkçisi Elbəy Bədirov deyib.
Onun sözlərinə görə, artıq Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Mərkəzi Klinik Xəstəxanada olub.
Qeyd edək ki, deputat dünən səhər saatlarında təcili yardım xidməti ilə çox ağır, şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edib.
***
12.23
Millət vəkili Qənirə Paşayeva komaya düşüb.
Teleqraf.com xəbər verir ki, deputat ötən gün Mərkəzi Klinikaya yerləşdirilib.
Qeyd edək ki, Qənirə Paşayeva Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.