Baş Prokurorluq Naxçıvanda su kanalından meyitin tapılması barədə məlumat yayıb.
Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, oktyabrın 14-də Şərur rayonunun Yengicə kənd sakini 1968-ci il təvəllüdlü Eldar Mirzəyevin meyitinin yaşadığı kəndin ərazisindən keçən su kanalından tapılması faktı ilə bağlı Şərur rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin baş vermə səbəbi ətraflı araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.