17 Dekabr 2023 19:03
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərişıq” ASC-yə məxsus 6 kV-luq hava xəttinin qırılaraq dəmiryolu xəttini qidalandıran elektrik kabelinin üzərinə düşməsi səbəbindən Bakı-Pirşağı-Bakı dəmiryolu istiqamətində qatarların hərəkəti dayandırılıb.

ADY-nin mətbuat xidmətindən faktı Teleqraf.com-a təsdiq ediblər.

Bildirilib ki, qeyd edilən hadisə Pirşağı-Zabrat mənzilində baş verib. Bu səbəbdən də qəzanın nəticələri aradan qaldırılanadək həmin istiqamətdə qatarların hərəkəti dayanıb.

Eyni zamanda, Sumqayıt stansiyasından 18:12-də çıxmalı qatar hadisə ilə bağlı olaraq 20 dəqiqəlik gecikmə ilə Sumqayıt-Xırdalan-Bakı istiqamətinə ötürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər