19 Dekabr 2023 16:08
309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayonunda soyğunçuluq edən Sumqayıt şəhər sakinləri saxlanılıblar.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyindən bildirilib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə paytaxt sakini olan bir nəfər müraciət edərək bildirib ki, rayon ərazisində tanımadığı iki nəfər onun 200 manat dəyərindəki mobil telefonunu soyğunçuluq yolu ilə əlindən alıblar.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri 2001-ci il təvəllüdlü Vüqar Məmmədov və 1992-ci il təvəllüdlü Ceyhun Bəylərov saxlanılıblar.

Soyğunçuluq edən şəxslərin qanunsuz hərəkətləri əraziyə quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb.

Faktla bağlı 29-cu Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.


Müəllif: Hacı Zeynalov