18 Yanvar 10:16
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 16-da rayon ərazisində bir yeniyetmənin mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və xuliqanlığa görə məhkum olunmuş Emil Şıxəliyev saxlanılıb.

Ondan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov