2 Fevral 00:26
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 11 yaşlı yeniyetmə qız dəm qazından boğularaq ölüb.

Teleqraf.com xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonununda qeydə alınıb.

Məlumata görə, Binə qəsəbəsində yaşadığı evdə dəm qazından zəhərlənən 11 yaşlı M.A ağır vəziyyətdə atası tərəfindən qəsəbə poliklinikasına çatdırılıb. Buna baxmayaraq, yeniyetmə orada dünyasını dəyişib.

Qeyd edək ki, yeniyetmə ailənin tək övladı olub.

Hadisənin təfərrüatı araşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər