Mingəçevir sakini odlu silahdan açılan atəşlə öldürülüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Saat 22 radələrində şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. A.Əhmədova tir tüfəngindən atəş açan Sadiq Yusifov saxlanılıb.
Hadisə araşdırılır.