20 Fevral 13:40
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kişinin azyaşlıya qarşı zorakılıq etməsini əks etdirən görüntülər yayılıb. Videoda onun balaca qıza qarşı kobud davranması, saçını dartması və başına güclü zərbələr vurması görünür. Bundan qorxan uşaq ağladığı zaman isə kişi azyaşlıya bunu belə irad tutur.

Teleqraf.com-un xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətin bildirilib ki, sözügedən görüntülər araşdırılıb.

Qeyd olunub ki, azyaşlıya qarşı zorakılıq edən Bakı sakini Elnur Məmmədov barəsində cinayət işi başlanılıb: “Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədilməsi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Elnur Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir”.

İddialara görə, hadisədən əvvəl E.Məmmədov həyat yoldaşını döyüb, daha sonra azyaşlı qızına qarşı zorakılıq tətbiq edib, ana isə bu görüntüləri telefonla çəkib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər