“Ənvər Əhməd deyil, saxtakar Arif Hacılı Müsavat Partiyasından xaric edilməlidir. Bu adam özünü raykom katibi kimi aparır, özünü və patronunu qəbul etməyənləri partiyadan kənarlaşdırır. Adam anlamaq istəmir ki, fikir ayrılığına görə kimisə cəzalandırmaq olmaz. Plüralizmi həzm etməyən kəsin özünü demokrat adlandırması təmiz biabırçılıqdır”.
Bunu Müsavat Partiyasının sabiq üzvü, qurultaydan sonra Divanın qərarı ilə təşkilatdan xaric edilən Səxavət Əlisoy sosial şəbəkədə bəyan edib. Əlisoy ötən həftə təşkilatdan uzaqlaşdırılan Ənvər Əhmədin müdafiəsinə qalxıb:
“Yazıqlar olsun Müsavata, baxın görün, partiya hansı zehniyyət sahiblərinin işğalına məruz qalıb. Ənvər Əhməd saxtakarlıq edib? Etdiyi saxtakarlığa rəğmən Müsavatı parçalamağa məruz qoydu? Partiyada avtoritar mühit formalaşdırıb? Yaxud intriqaların və maliyyə fırıldaqlığının başında dayandı? Vicdanı olan kəs bu suala obyektiv cavab verməlidir”.
Cavidan