18 Mart 16:44
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ödəmə terminalı və avtomobillərdən oğurluqlar edən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Nizami və Nərimanov rayonlarında naməlum şəxs ayrı-ayrı vaxtlarda dörd avtomobili talayaraq pul vəsaiti, mobil telefonlar, şəxsi əşyalar və nəqliyyat vasitələrinin ehtiyat hissələrini oğurlayıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Alim Mahmudov saxlanılıb.

Saxlanılan şəxsin paytaxtda yerləşən mağazalardan birində quraşdırılan ödəmə terminalındakı pul vəsaitini, eləcə də bir ədəd velosiped oğurladığı da müəyyən olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov