26 Mart 18:26
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda güclü külək bəzi fəsadlar törədib.

Teleqraf.com xəbər verir ki, günün ikinci yarısından başayaraq əsən güclü külək səbəbindən Goranboy rayon Boluslu, Məşədiqaralar, Eyvazlılar və daha bir necə kənddə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Həmçinin Goranboy-Ağcakənd yol kənarında və İrəvanlı kəndində bir neçə ağac aşıb.

Hazırda başqa fəsadların olub-olmadığı ilə bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com