28 Mart 10:51
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes", Z.Kərimovun idarə etdiyi "VAZ 2109" və D.Səfərlinin idarə etdiyi "Chevrolet" markalı avtomobillər toqquşublar.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, nəticədə "VAZ 2109" markalı avtomobilin sürücüsü və oğlu C.Kərimov hadisə yerində ölüblər. “Mercedes"in sürücüsü isə bədən xəsarətləri alıb.

Qəza ilə bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com