29 Yanvar 2015 13:29
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü Fazil Mustafa polşalı deputat Tadeuş İvinskinin Azərbaycan üzrə yeni həmməruzəçi təyin edilməsinə münasibət bildirib.

Fazil Mustafa Teleqraf.com-a açıqlamasında deyib ki, Polşa Seyminin üzvü olan Tadeuş İvinski Azərbaycanı tanıyan, uzun illər parlament təcrübəsi olan, AŞPA-nın ən stajlı deputatıdır: “Biz onunla birlikdə Serbiyada prezident seçkilərini müşahidə etmişik. 7 dildə sərbəst danışan çox istedadlı adamdır. Obyektiv yanaşması ilə tanınır, xüsusi qərəzli davranışları olmayan bir personadır. Hər halda obyektiv bir məruzə hazırlayacağına əminliyim böyükdür”.

Qeyd edək ki, AŞ PA Monitorinq Komitəsinin bu gün keçirilən iclasında polşalı deputat Tadeuş İvinski Azərbaycan üzrə yeni həmməruzəçi təyin edilib. T. İvinski AŞPA-da Sol demokratlar Alyansı qrupunu təmsil edir.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər