İtaliya millisinin sabiq hücumçusu Kristiano Lukarellinin oğlu, 24 yaşlı Mattia Lukarelli qrup zorlamasında şübhəli bilinərək mühakimə olunacaq.
Teleqraf.com xəbər verir ki, atası kimi peşəkar futbolçu olan Mattia Lukarelli 2022-ci ilin martında Milanda amerikalı tələbəni qrup şəklində zorlamaqda ittiham olunur.
Futbolçu keçən il həbs edilib, lakin sonradan əlavə istintaqa qədər zaminə buraxılıb. Milan prokuroru 24 yaşlı futbolçu üçün 3 il 6 ay həbs cəzası tələb edir.