29 Aprel 23:38
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə İmişli şəhəri ərazisində qeydə alınıb.

"VAZ 2107" markalı minik avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com