24 İyun 09:32
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayonunda evə basqın olub, ölən və yaralanan var.

Teleqraf.com xəbər verir ki, Şabranın "Üç sotlar" yaşayış massivindəki fərdi yaşayış evlərindən birinə basqın edilib.

İlkin ehtimala görə, oğurluq məqsədilə edilən basqın zamanı rayon sakini Hüseynova Gülnarə Şıxkərim qızı öldürülüb. Onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Hüseynov Arif Qaspar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər