Suriya prezidentinin müşaviri Luna əl-Şible avtomobil qəzasına düşüb. O, qəzadan sonra reanimasiyaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə "SANA" dövlət agentliyi məlumat yayıb.
Qeyd olunur ki, qəza Dəməşqə gedən yollardan birində baş verib. Bildirilir ki, Əl-Şiblenin idarə etdiyi avtomobil yoldan çıxıb.
Suriya prezidentinin müşaviri ağır xəsarətlərlə Dəməşq xəstəxanasını çatdırılıb və reanimasiyaya yerləşdirilib. Ona bütün lazımi tibbi yardım göstərilib.