Portuqaliyanın paytaxtı Lissabon yaxınlığında balıqçı qayığının batması nəticəsində 3 nəfər öldüb, 7 nəfər itkin düşüb.
Teleqraf.com xəbər verir ki,
"Virgen Dolorosa" adlı balıqçı gəmisi "Marinha Grande" sahillərindən təxminən 1 mil aralıda batıb.
Qayıqda 17 nəfər olub.
Helikopter və pilotsuz təyyarələrlə havadan, qayıqlarla dənizdən axtarış-xilasetmə işləri zamanı 3 nəfərin cəsədi çıxarılıb, 7 nəfər xilas edilib, daha 7 nəfərin axtarışları davam etdirilir.