Rusiyada prokurorluq binasını partlatmağa cəhd edən 25 yaşlı şəxs həbs edilib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, hadisə Qaraçay-Çərkəz Respublikasında baş verib.
Belə ki, hadisəni törətmək istəyən Başqırdıstan əsilli 25 yaşlı şəxs saxlanılıb. Saxlanılarkən ondan 2 kiloqram partlayıcı götürülüb.
Həmin şəxs Cinayət Məcəlləsinin 205.5-ci maddəsinin 2-ci hissəsi ("Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq terrorçu kimi tanınan təşkilatın fəaliyyətində iştirak") və 30-cu maddənin 1-ci hissəsi, 205-ci maddəsinin 1-ci hissəsi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Terror aktına hazırlıq") ilə ittiham olunur.