Təlim uçuşu həyata keçirən təyyarə leyləklə toqquşduqdan sonra qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, hadisə Ukraynanın Xmelnitski vilayətində baş verib.
"L-39" təyyarəsi təlim uçuşu həyata keçirərkən quşa çırpılıb. Pilotlardan biri katapult etsə də, hündürlük az olduğundan yerə düşərək ölüb.
Kokpitdə qalan pilot təyyarəni təhlükəsiz şəkildə endirməyi bacarıb.