11:57
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöldə ikimərtəbəli evdə yanğın olub.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonunun Firuzabad qəsəbəsində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər