20 Sentyabr 18:09
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn həftə ABŞ-a səfərim zamanı təqdim olunacaq qələbə planının cədvəli Ukraynanın müttəfiqlərinin oktyabr-dekabr aylarında sürətli qərarlar qəbul etmələrini təşviq etmək üçün hazırlanıb.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenski vurğulayıb ki, o, ardıcıl davranmaq niyyətindədir və ABŞ Prezidenti Co Baydenlə planın bütün detallarını müzakirə edəcək:

“Çünki planla bağlı qərarlar əksər hallarda ondan asılıdır. Həmçinin digər müttəfiqlərdən. Amma elə məqamlar var ki, onlar məhz ABŞ-ın müsbət iradəsi və dəstəyindən asılıdır”.

Ukrayna prezidenti Baydenin bu planı dəstəkləyəcəyinə ümid edir:

“Bütün plan tərəfdaşlarımız tərəfindən sürətli qərarlar üçün nəzərdə tutulub. Xüsusən də oktyabrdan dekabr ayına qədər olacaq qərarlar və prosesi gecikdirməmək üçün. Biz bunu çox istərdik”.

Zelenski əlavə edib ki, söhbət qələbə planına dəstəyin başlanması qrafikindən gedir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər