18 Sentyabr 20:21
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada “Wildberries” ofisində baş verən atışma nəticəsində iki nəfər ölüb, daha yeddi nəfər, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

“İlkin məlumatlara görə, sentyabrın 18-də Moskvada yerləşən “Wildberries” onlayn mağazasının ofisində atışma baş verib, nəticədə 7 nəfər, o cümlədən hüquq-mühafizə orqanlarının 2 əməkdaşı yaralanıb, iki nəfər isə aldığı xəsarətlərdən ölüb. Bütün zərərçəkənlər tibb müəssisələrinə yerləşdirilib, onlara lazımi yardım göstərilir”, – məlumatda bildirilib.

Qeyd olunub ki, hazırda şahidlər dindirilir və müşahidə kameralarının görüntüləri araşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər