Müğənni Elçin Cəfərov "Elgizlə izlə" verilişində əməkdar artist Elza Seyidcahanın şeirini tənqid etməsindən danışıb.
Teleqraf.com xəbər verir ki, Elçin Cəfərov bu sözləri deyib: "Elza Seyidcahanı bir xanım və bəstəkar kimi çox sevirəm. Heç vaxt onun xətrinə dəymərəm. Sadəcə olaraq fikrimi bölüşdüm və mənə elə gəlir ki, belə etməli idim. Verilişlərin birində şeirinin misraları oxundu və elə mövzular var ki, orada sakit dayana bilmirəm. O şeirdə olan sözləri eşitmək istəmirəm, özümə yaraşdırmıram. Hərə öz baxışı ilə ölçür. Amma narahat edən nələrsə var. Bu mövzu haqqında çox danışmaq istəmirəm. Elza Seyidcahanın xətrinə dəymişəmsə, üzrlü hesab etsin. Amma fikrimi bildirmişəm".