20 Sentyabr 17:08
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) NATO-nu təkrarlayaraq öz hərbi strukturlarını yaratmamalıdır. Bu, yalnız onsuz da məhdud olan resursları tükədəcək.

Teleqraf.com xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

“Mən AB-nin əlavə müdafiə səylərini alqışlayıram, bir şərtlə ki, bunlar təkrarlayıcı və ya rəqabətli deyil. AB-nin etməməli olduğu şey, alternativ müdafiə strukturları yaratmağa başlamaqdır”, - alyans rəhbəri AB-nin 5000 nəfərlik korpus yaratmaq ideyasına toxunaraq bildirib.

Stoltenberqin fikrincə, NATO varkən AB-nin niyə belə bir şeyə pul xərcləməsi anlaşılan deyil.

NATO-nun adını açıqlamayan nümayəndəsi “Financial Times”a söyləyib ki, faktiki olaraq AB artıq hərbi resursları alyansın mövcud strukturlarından yayındırmağa başlayıb:

“Avropaya hücum edilərsə, insanlar dərhal cavab verməyə kimin cavabdeh olduğunu bilməlidirlər. Rəqabətli strukturlar qeyri-müəyyənlik yaradır, bu, yalnız düşmənə kömək edir”.

Xüsusilə, NATO blokun hərbi missiyalarına nəzarət edən AB-nin Hərbi Qərargahının genişləndirilməsindən narahatdır. Rəsmilərin sözlərinə görə, plan hərbi toqquşma vəziyyətində kritik komandanlıq zəncirini çətinləşdirə və resursları NATO-nun onsuz da kifayət qədər kadrı olmayan, generallardan məhrum olan komanda strukturundan yayındıra bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər