20 Sentyabr 19:30
1 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Sülh həm də xalqlar arasında imzalanır. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar referendum yolu ilə aradan qaldırılmayınca sülh müqaviləsinin imzalanacağı nə dərəcədə məntiqli görünür?

- Sözsüz ki, heç bir əsasa malik olmayan sülh müqaviləsini imzalamağa ehtiyac yoxdur. Əldə olunan sənəd reallığa əsaslanmalıdır. Ermənistan öz qanunvericiliyində dəyişiklik etməklə Azərbaycana qarşı ərazi iddialarının olmadığını isbat etməlidir. Belə iddialar qalacaqsa, sitauasiya fərqli ola bilər. Ermənistanda sonradan dəyişəcək hakimiyyət və siyasi konyuktura fonunda yenidən müharibə, Azərbaycan qarşı ərazi iddialarının ortaya atılması ehtimalları var. Bunu da erməni tərəfi öz konstitusiyalarında yer almış müddəalarla əsaslandıra bilərlər. Ona görə də, davamlı sülhə nail olmaq üçün Ermənistan öz qanunvericiliyində ciddi dəyişikliklər etməlidir. Azərbaycan ərazilərinə qarşı olan əsassız ərazi iddialarından imtina olunmalıdır.

- Zəngəzur dəhlizi ətrafında Rusiya ilə İran arasında yaşanan gərginlik bir qədər səngiyir. Görünən odur ki, Moskva Tehranı bu məsələdə geri çəkilməyə vadar edir...

- Dəhliz məsələsi əslində başqa rakursda həll olunmalıdır. Heç bir kənar ölkə əslində bu prosesə əngəl yaratmamalıdır. Görünən odur ki, kənar qüvvələr də buna təsir edə bilməyəcək. Zamanında Zəngəzur dəhlizi açılacaq. Azərbaycan özünün ayrılmaz hissəsi olan Naxçıvana birləşmiş olacaq. Bu eyni zamanda Türkiyə və türk dünyası üçün birliyin yaranmasına xidmət edəcək.

- Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı müəyyən prosedurların sadələşməsindən danışıb. Prosedur dedikdə nələr nəzərdə tutulur?

- Ermənistan hökumətinin artıq nə bu məsələ, nə də ki, digər mövzulara aid mövqeyinə inam qalmayıb. Bu ölkə rəhbərliyi bir gün ərzində 4 dəfə bir-birini təkzib edən mövqe sərgiləyir. Ona görə də, erməni tərəfi burada öz üçün çıxış yolları axtarmalıdır. Çünki qapalı şəraitdə qalmamaq İrəvana bu yollar mütləq lazımdır. Bu yol isə məhz Azərbaycanla bağlıdır.

- Sülh və dəhlizlə bağlı məsələlər gündəmdə olsa da Azərbaycanın anklav kəndlərinin nə vaxt təhvil veriləcəyi də müzakirə edilir. Anklavların hansı şərtlər əsasında həlli gözlənilir?

- Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. Biz bu gün ölkəmizin suverenliyini qeyd edirik. Bu tarixi gün münasibətilə xalqımızı təbrik edirəm. Ölkəmiz daha güclü olduqca qarşıya qoyulan bütün hədəflərə nail olmaq mümkün olacaq. Beləliklə də, xalqımız bütün istəklərinə çatacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər