20 Sentyabr 18:16
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zamanın necə dəyişməsi təəccüblüdür, Ermənistanda bəzi siyasətçilərdən eşitdim ki, hakimiyyəti ələ keçirmək “əsl demokratiya”dır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanda dövlət çevrilişi cəhdindində Moskva izinin axtarılmasına dair sualı şərh edərkən deyib.

“Bir sıra erməni rəsmilərinin çevriliş cəhdinin qarşısının alınması ilə bağlı Ermənistan İstintaq Komitəsinin hesabatını fırlatmaq, orada hansısa Rusiya izini tapmaq cəhdləri absurddur, bu, heç bir şərhə gəlməyən saxtakarlıqdır”. – diplomat bildirib.

Zaxarova qeyd edib ki, Qərbdən fərqli olaraq Rusiya digər ölkələrin daxili işlərinə qarışmır. Rusiya rəsmisi Nikol Paşinyan hökumətini Qərbin təsiri altında ölkədə rusofob əhval-ruhiyyəni qızışdırmaqda ittiham edib.

Zaxarovanın “İrəvanda hakimiyyəti ələ keçirməyin əsl demokratiya adlandırılması” vurğusuna gəlincə, bu, Nikol Paşinyanın 2018-ci ildə Qərbin dəstəyi ilə iqtidarı ələ keçirməsinə edilən eyhamdır.

Sentyabrın 18-də Ermənistan İstintaq Komitəsi bəzi ölkə vətəndaşları və Qarabağ separatçılarının iştirak etdiyi hakimiyyəti devirmək cəhdinin yatırıldığını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər