20 Sentyabr 16:22
1 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Kuraxovo istiqamətində Ukraynanın mövqelərini yarmağa çalışır. Qostre və Georgivka-Maksimilianivka yaşayış məntəqələri ərazisində şiddətli döyüşlər gedir.

Teleqraf.com xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.

Ruslar böyük qüvvə ilə Krasnoqorivkadan Qostroy istiqamətində hücuma keçərək irəliləməyə çalışır. Rusiyanın yaxınlıqdakı bir sıra bölmələri də bura yönəldilib.

“Hücumlarda əsas hədəf Kuraxovodur. Hazırda düşmən Jelannı Perşeni tamamilə işğal etməyə və Ukrayna şəhərini təmizləməyə çalışır, daha da irəliləmək üçün qüvvələr Qirnik istiqamətinə yönəldilir”, - məlumatda deyilir.

Ruslar irəliləmək üçün Ukrayna ordusunun ən zəif nöqtələrindən istifadə edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər