10:53
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə ağır yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Sentyabrın 22-də saat 00:05 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “VAZ-21099” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü Elnur Mustafayev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər