Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında 1 halda liftdə qalma və Nərimanov rayonu ərazisində isə 1 azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
FHN Mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ümumilikdə 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib.
Bundan əlavə, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat qəzası nəticəsində dərəyə yuvarlanan yük avtomobilin sürücüsünün meyiti dərədən çıxarılaraq təhvil verilib.