ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından namizəd Donald Tramp noyabrda keçiriləcək seçkidə qalib gəlsə, prezidentlik müddəti bitməmiş ABŞ-ın Marsa çatacağını gözləyir.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Şimali Karolina ştatında tərəfdarları ilə görüşdə danışıb.
"Biz kosmosda lider olacağıq. İlon Mask, kosmik gəmiləri göndər, çünki biz prezidentliyim bitməmiş Marsa çatmaq istəyirik", - siyatəçi Maska çağırış edib.
Qeyd edək ki, "SpaceX"in sahibi İlon Mask daha əvvəl "Starship" kosmik gəmisinin iki ildən sonra Marsa pilotsuz rejimdə gedə biləcəyini açıqlayıb. Maskın qarşısına qoyduğu əsas məqsəd 20 ildən sonra Marsda özünü təmin edən şəhər yaratmaqdır.