10:08
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Premyer Liqasının VII turunun oyunları başa çatacaq.

Teleqraf.com xəbər verir ki, günün ilk görüşü "ASCO Arena"da baş tutacaq.

Saat 18:00-da start götürəcək oyunda "Səbail" "Sabah" komandasını qəbul edəcək.

Turun son qarşılaşması isə "Sumqayıt" və "Zirə" komandaları arasında keçiriləcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 20:30-da başlayacaq oyunla turun pərdəsi bağlanacaq.

Xatırladaq ki, VII turun əvvəlki oyunlarında "Şamaxı" "Kəpəz"i 2:0, "Qarabağ" "Neftçi"ni 4:0, "Araz-Naxçıvan" isə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər