Sentyabrın 20-dən 22-dək Macarıstanın paytaxtı Budapeştdə karate üzrə beynəlxalq turnir keçirilir.
Bu barədə Teleqraf.com-a Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən bildirilib.
Mötəbər turnirin ilk günündə kata üzrə yeniyetmələr arasında (14-15 yaş) Şəlalə Rüstəmova bütün rəqiblərinə qalib gələrək qızıl medal, gənclər arasında (16-17 yaş) Ramilə Heydərova isə gümüş medal qazanıb.
Qeyd edək ki, şəxsi kumite yarışlarına dünən start verilib.