22 Sentyabr 08:51
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ, Hindistan , Yaponiya və Avstraliya liderləri BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı çağırış ediblər.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu məlumat QUAD formatında keçirilən görüşün yekunlarına dair birgə bəyanatda deyilir.

"Biz BMT Təhlükəsizlik Şurasını daha nümayəndəli, əhatəli, şəffaf, effektiv, demokratik və hesabatlı etmək üçün təcili ehtiyac olduğunu dərk edərək, onu islahat edəcəyik” - bəyanatda deyilir.

BMT Təhlükəsizlik Şurasında daimi və qeyri-daimi üzvlük kateqoriyalarının genişləndirilməsi yolu ilə təşkilatda islahatlar aparılacaq. Daimi yerlərin genişləndirilməsi Afrika, Asiya, Latın Amerikası və Karib hövzəsi ölkələrindən olan nümayəndəlikləri əhatə etməlidir.


Müəllif: Arzu

Oxşar xəbərlər