27 Oktyabr 20:57
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonunun Bənövşələr qəsəbəsində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, Ağdam rayonunun Bənövşələr qəsəbəsində ümumi sahəsi 66 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə, evə bitişik ümumi sahəsi 12 m² olan talvarın taxta atmaları və talvarın altında yığılan əşyalar yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər