16:17
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifət dövlət çevrilişi ssenarisi ilə gedir, bu, Konstitusiya quruluşuna, demokratik seçkilərə qarşı getmək deməkdir, gürcü xalqı belə hərəkətlərə yol verməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.

“Hər şey tam olaraq, dediyimiz kimi, müxalifətin yazdığı ssenari üzrə gedir. Bu haqda ona görə danışırıq ki, onların texniki hökumətlə bağlı söhbətləri olub, bunu 90-cı illər və ya başqa ölkələrdən, iqtidarı zorla ələ keçirmək və bir növ texniki hökumətləri gətirmək cəhdlərindən xatırlayırıq.

Ona görə də bütün bu səhnəni hazırlayıblar, seçkiləri qeyri-legitim elan etdilər, texniki hökumət qurdular, bununla bağlı hər şeyi hazırlayıblar. Dövlət çevrilişi ssenarisi ilə gedirlər və bu, Konstitusiya quruluşuna, demokratik seçkilərə ziddir. Əlbəttə, gürcü xalqı belə hərəkətlərə yol verməyəcək”, - spiker vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər