28 Oktyabr 16:57
1 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aktrisa Ancelina Coli “Mariya” filminin qala gecəsində göz qamaşdırıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, aktrisa illərdən sonra ilk dəfə saç düzümündə dəyişiklik edib.

“Oskar” mükafatına güclü namizədlərdən biri olacağı gözlənilən “Mariya” filminin Los-Ancelesdə keçirilən AFI festivalında premyerası olub.

Filmdə Mariya Kallas obrazını canlandıran Coli buruq saçları və qırmızı dodaq boyası ilə diqqət çəkib.

Haluk Bilginerin Ancelina Coli ilə oynadığı və ilin ən gözlənilən filmlərindən olan 'Mariya' filmi yunan-amerikalı soprano Mariya Kallasın həyatından bəhs edir.

Filmdə Haluk Bilginer yunan əsilli gəmi sahibi Aristotel Onassisi canlandırır.

Film dekabrın 11-də rəqəmsal platformalarda yayımlanacaq.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər