15:51
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (21.10.2024 - 27.10.2024) açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.

Qeyd edilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 43 tank əleyhinə mina, 162 piyada əleyhinə mina, 2777 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bildirilib ki,1157 hektar ərazi minalardan təmizlənib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər