00:28
222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Qaradağ rayon prokurorluğu məlumat yayıb.

Oktyabrın 27-si saat 22 radələrində Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2000-ci il təvəllüdlü Əliəkbər Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əliəkbər Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər