15:57
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Gürcüstanda keçirilən parlament seçkilərində yol verilmiş və beynəlxalq müşahidəçilər tərəfindən qeydə alınan pozuntuların araşdırılmasına çağırıb.

Teleqraf.com xəbər verir ki, bəyanatı NATO sözçüsü Fərəh Dahlalla yayıb.

Mətbuat katibi qeyd edib ki, beynəlxalq müşahidə missiyası Gürcüstanda keçirilən seçkilərdə siyasi qüvvələr arasında qeyri-bərabər rəqabət şəraiti qeydə alıb, bu da ictimaiyyətin nəticələrə inamını pozur.

“Seçkilərlə bağlı qanun pozuntuları ilə bağlı məlumatlar tam şəkildə araşdırılmalıdır”, - Dahlalla vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu