27 Oktyabr 23:12
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtərdə 1 ton pambıq, Goranboyda isə 10 ton ot bağlaması yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, Tərtər rayonunun Borsunlu kəndində ümumi sahəsi 60 kvadratmetr olan talvarın altında yığılan 1 ton pambıq yanıb. Talvar, pambığın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Goranboy rayonunun Qırıqlı kəndində isə həyətyanı sahədə yığılan 10 ton ot bağlaması yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər