13 Aprel 2015 17:36
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Gürcüstan vətəndaşı David Turaşvilinin adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barəsinə müraciətinə dair mətbuat açıqlama verib.

Teleqraf.com-un məlumatına görə, H.Hacıyev deyib ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycanın “Dövlət sərhədi haqqında” qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Gürcüstan vətəndaşı, yazıçı David Turaşvili adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Xarici İşlər Nazirliyinə məktubla müraciət edib.

XİN sözçüsü qeyd edib ki, məktubda D.Turaşvili bu səfərin təsadüfi və qərəzsiz olduğunu, heç bir halda Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmətsizlik xarakteri daşımadığını bildirib. O, müstəsna hal kimi arzuolunmaz şəxslər siyahısına salınması barəsində qərarın ləğv edilməsini xahiş edib: “David Turaşvilinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər