22 Aprel 2015 08:16
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana səfərinin yekunlarına dair yerli mətbuata məlumat verən İranın əmək, kooperasiya və sosial təminat naziri Əli Rəbii deyib ki, rəsmi Tehran Azərbaycana mühüm tərəfdaş kimi baxır və bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Əli Rəbii deyib: “Azərbaycanın rəsmi şəxsləri ilə apardığım danışıqlar zamanı sığorta və dərman preparatlarının istehsalı sahələrində əməkdaşlıq, həmçinin İranın Qırmızı Aypara Cəmiyyətinin Bakıdakı klinikasının yenidən qurulmasına dair razılıq əldə etdik”.

Nazir vurğulayıb ki, hər iki ölkənin prezidentlərinin ötənilki qarşılıqlı rəsmi səfərləri münasibətlərin inkişafına böyük təkan verib.

Qarşılıqlı faydalı əməkdaşlıq üçün daha böyük imkanların olduğunu diqqətə çatdıran Əli Rəbii bu imkanlardan istifadənin zəruriliyini vurğulayıb. O, iki dost və qonşu ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.

İranlı nazir qeyd edib ki, rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib və bu mövqe dəyişməz olaraq qalacaq. İran Azərbaycan torpaqlarının işğaldan azad edilməsini istəyir.


Müəllif: