Türkiyənin sabiq Prezidenti Abdullah Gülə ADA Universitetinin fəxri doktoru adı verilib.
Trend-in məlumatına görə, sabiq Prezidentə fəxri doktor diplomu rektor Hafiz Paşayev tərəfindən təqdim olunub.
H.Paşayev qeyd edib ki, fəxri doktor diplomu A.Gülə iqtisadiyyat elmində nailiyyətlərinə, Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsində müstəsna xidmətlərinə görə təqdim olunub.