29 May 2015 13:56
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə çıxış edən YAP icra katibinin mavini, deputat Siyavuş Novruzov bildirib ki, Azərbaycanda sürətli iqtisadi inkişaf gedir, ictimai-sabitlik var:

“Əlbəttə, daxildə olduğu kimi xaricdə də müəyyən qüvvələr bundan narahat olur. Avropa Parlamentinin müxtəlif qrupları bəyanatlar verir, qərarlar qəbul edir. Cənab sədr, siz özünüz də Avropa Parlamentinin sədri cənab Martin Şultsla görüşmüsünüz, o da deyib ki, bu qərarlara əhəmiyyət verməyib və s. Ancaq Riqa sammiti ərəfəsində Şultsun da maskası cırıldı. Ayın 10-da onlar idman və insanlıq mövzusunda tədbir keçirmək istəyirlər. Riqa sammitində Ukrayna məsələsi müzakirə edilərkən Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verən Ermənistanı Şults demokratik ölkə kimi təqdim etdi. Bəs 1milyon qaçqını niyə müdafiə etmirsən? Çıxar bu məsələni parlamentin müzakirəsinə, biz də sənin ədalətinə inanaq. Amma bu ikiüzlülükdür, milli və dini ayrı-seçkilikdir. Bizə belə Avropa dəyərləri lazım deyil. Elə şultsların öyrətdiyi adamlardır ki, mayın 30-da mitinq keçirmək istəyirlər. Azərbaycan öz yolu ilə gedir, xalqla hakimiyyətin birliyi var”.

Spiker Oqtay Əsədov isə deyib ki, deputat Siyavuş Novruzovun çıxışı zamanı "Şults" sözünün işlətməsi ona "Uzaq sahillərdə" filmindəki Şultsu xatırladıb: “Mən dərinə getmək istəmirəm, amma belə şeylər var, bu, həqiqətdir”.

Nemət


Müəllif:

Oxşar xəbərlər