3 İyun 2015 17:43
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov Həştərxan vilayəti Dumasının Fəxri Fərmanı ilə təltif edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, diaspor rəhbəri millətlərarası sülh və anlaşmanın təmin olunmasında göstərdiyi ictimai fəaliyyətinə, beynəlxalq əməkdaşlığın və Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında dostluğun inkişafına verdiyi töhfələrə görə mükafatlandırılıb.

Həştərxan vilayət Dumasının sədri Aleksandr Klıkanov mükafatın təqdimat mərasimində Ə.Hüseynovun Həştərxanla Azərbaycan arasında qarşılıqlı dostluq münasibətlərinin inkişafında və möhkəmləsində vacib rolunun olduğunu deyib. Dumanın sədri Həştərxan şəhərinin fəxri vətəndaşı Ə.Hüseynovun yerli əhali, hökumət nümayəndələri arasında böyük nüfuza malik olduğunu da vurğulayıb.

Diaspor rəhbərinin eyni zamanda Həştərxanda yaşayan azərbaycanlı gənclər və tələbələr arasında tərbiyəvi işin aparılması istiqamətində müstəsna xidmətləri də xüsusi qeyd edilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər