Zəlimxan Məmmədli: “Getməyi də, gəlməyi də ağayana bacarmaq ağayana kişilərin işidir”
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Dünya Azərbaycanlıları Konqresinin (DAK) Daimi Şurasının sabiq sədri Əjdər Tağızadənı tənqid edib. Qeyd edək ki, DAK-dan çıxarılan Ə.Tağızadə son aylar təşkilatın rəhbərliyinə qatrşı əsassız ittihamlarla çıxış edir, tənqidlər səsləndirir. Tağızadə mətbuata verdiyi sonuncu müsahibəsi zamanı isə Zəlimxan Məmmədlinin DAK İdarə Heyətinin üzvlüyünə gətirilməısini tənqid edib.
Teleqraf.com xəbər verir ki, Zəlimxan Məmmədli bu gün Əjdər Tağızadənin barəsində işlətdiyi fikirlərə cavab verib. “Borçalı” Cəmiyyətinin sədri bildirib ki, bu günlərdə Əjdər Tağızadənin mətbuata verdiyi müsahibə ilə tanış olub: “Övkəli başda ağıl olmaz deyiblər. DAK həmsədri Sabir Rüstəmxanlı haqqında çox iftiralar səsləndirir. Məni də DAK İdarə Heyətinin üzvü kimi yaddan çıxarmayıb. Deyir ki, Zəlimxan Məmmədli sünnü olduğu halda niyə Kərbala ziyarətində olub və Əl Maliki ilə görüşüb? Allah, sən özün saxla. Sən demə bunlar cinayət imiş. Bu da, Sabir Rüstəmxanlını vurmaq üçün ucuz bir isterikadır.
Əjdər Tağızadə bu təfəkkürlə Güney Azərbaycan insanına gün ağlaya bilırmi? Əsla yox!. Şəxsim üçün məzhəb bölücülüyü qəbul olunmazdır. İslam vahiddir və bütövdür. Qürur duyaraq islam yolunda, haqq yolunda mübarizə aparmış peyğəmbırimiz Həzrəti Məhəmmədi, İmam Hüseyni, İmam Əlini, Öməri və digər müqəddəsləri anmaq və ziyarət etmək mənəvi borcumdur.
İraq səfərimiz İraq Hökumətinin dəvəti ilə ciddi ptotokollaşdırılmış əhəmiyyətli beynəlxalq konfrans üçün təşkil olunmuşdu. Nazirlər, parlament üzvləri, İrak Türkmən Cəbhəsi, dini liderlərlə tarixi görüşlərimiz oldu, həm də Kərbala ziyarətində ibadətimizi etdik, böyük Fizuliyə qovuşduq. Düşünürəm ki, bu səfərimizfə heyət olaraq üzərimizə düşəni yüksək səviyyədə reallaşdırdıq. Əjdər Tağızadə, gərək ki, mənəvi dünyanı zədələməsin. Təəssüf ki, o ən uğursuz yolu seçdi.
Getməyi də, gəlməyi də ağayana bacarmaq ağayana kişilərin işidir”.
Cavidan