Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı müvəqqəti işlər vəkili Abdalla Jasim Al Şamsi avqustun 15-də Azərbaycanın ən uca dağ zirvəsi olan Bazardüzü zirvəsinə qalxıb.
Bu barədə səfirliyin “Tvitter” səhifəsində məlumat yerləşdirilib. Müvəqqəti işlər vəkili orada Azərbaycan və BƏƏ bayraqlarını yüksəldib.
Qeyd edək ki, BƏƏ-li diplomat bundan öncə də Bazardüzü zirvəsini fəth edib.
Səxavət