31 Avqust 2015 19:09
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətini üzvləri Makedoniya Prezidenti George İvanovun rəhbərlik etdiyi Liderlik Məktəbinin 6-cı buraxılış toplantısında iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, İdarə Heyətinin üzvləri Makedoniya Prezidentinin dəvəti ilə Ohrid şəhərində keçirilən Gənc Liderlər Məktəbinin 6-cı buraxılış toplantısına qatılıb. Toplantı çərçivəsində G.İvanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrini qəbul edib.

Makedoniya Prezidentinin rəsmi veb səhifəsində yayılmış məlumata əsasən, görüşdə G.İvanov Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən III Qlobal Bakı Forumunda iştirakı zamanı mərkəzlə Gənc Liderlər Məktəbi arasında əməkdaşlıq memorandumunun imzalanmasını yüksək dəyərləndirib və gələcəkdə elm, mədəniyyət sahəsində daha sıx işbirliyinə ümid etdiyini bildirib.

Məlumatda həmçinin qeyd olunur ki, Azərbaycanın paytaxtı hər il Qlobal Bakı Forumu adlı liderlər toplantısına ev sahibliyi edir və hər il bu toplantıda prezident İvanov da daxil olmaqla, 50-dən çox hazırkı və sabiq hökumət, dövlət başçısı iştirak edib.

Prezident G.İvanovun Gənc Liderlər Məktəbinin 6-cı buraxılış toplantısında Nizami Gəncəvi Beynəlxalq Mərkəzin İdarə Heyətinin üzvləri – Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov və İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini, o cümlədən İSESKO-nun baş direktoru Əbdüləziz Əl-Tüveycri də iştirak edib.

Makedoniya Prezidenti G.İvanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu il oktyabrın 8-9-da Bolqarıstan Prezidenti Rosen Plevneliyevin dəstəyi ilə Sofiyada keçiriləcək 6-cı ali toplantıda və IV Qlobal Bakı Forumunda iştirak edəcəyini bildirib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər