14 Sentyabr 2015 13:59
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bunların fikri Azərbaycanda xaos yaratmaqdır"

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı Avropa parlamentinin 10 sentyabrda ölkəmizlə bağlı qəbul etdiyi qətnaməyə etiraz edib.

Teleqraf.com xəbər verir ki, deputat 2 ilə Azərbaycana qarşı 3 qətnamə qəbul etdiyini xatırladıb: “Biz buna etirazımızı bildirik. Qətnamənin mahiyyəti və məğzi üç bənddə öz əksini tapıb. Biri QHT-lərə qrantların verilməsidir. Avroparlamentdə olan deputatların hər biri bu prosesdə iştirak edir. İndi Azərbaycanın qanunverciliyə dəyişiklik etməsi, bu işlərin qarşısını alması, şəffaflığı təmin etməsi onların işinə yaramır.

İkincisi, qətnamənin onuncu müddəasında göstərilir ki, Leyla və Arif Yunusun həbsinin səbəbi odur ki, Azərbaycan-Ermənistan gəncləri arasında sülh yaradır, dostluğu genişləndirir. Görün, nə qədər ədalətsizdir. Ermənistan 20 faiz torpağımızı işğal edib, on minlərlə azərbaycanlını qətlə yetirib.

Az qalırlar desinlər ki, ABŞ-da güllələnən iki jurnalistin işində də Azərbaycanın adı var. Bu qədər şər, yalan indiyə qədər görünməyib. Biz görürük ki, onların insan hüquqlarına yanaşması necədir. Şərqdə bütün hüquqlarından mərhum olan insanların başına nə oyun açırlar. Hər bir Avropa dövlətinin büdcəsində qaçqınlara maliyyə yardımı nəzərdə tutulur. Ancaq bunlar həmin maliyyəni ayrı-ayrı ölkələrdə çevrilişlərə sərf edirlər. Qaçqın və ümidsiz insana badalaq vuran onların jurnalisti idi.

Azərbaycanda seçkilər mövzusunda əsas iradə xalqındır. Bunların fikri Azərbaycanda xaos yaratmaqdır, güclü dövlətimizin olmasını istəmirlər. Gəlsinlər, burada mədəniyyəti, incəsənəti, tolerantllığı öyrənsinlər. O ki, qaldı milli satqınlara, bütün partiyalar, QHT-lər, tanınmış ziyalılar seçkilərə qoşulub. Bircə milli satqınlar kənardadır. Xalq da bunu görürür. Xalqımız Azərbaycan prezidentini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək”.

Nemət


Müəllif:

Oxşar xəbərlər